БАҚ біз туралы


Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Astana şəhərində, Nazarbayev Mərkəzində mayın 23-24-də “Böyük Səhra” adlı Humanitar Elmlər Forumu keçirilir.

Türkdilli ölkələrin müstəqilliyinin 25 illiyi və türk yazı günü münasibətilə keçirilən Forumda Qazaxıstanın dövlət katibi Gülşara Abdılxalıkova, türkdilli dövlətlərdən, eləcə də dünyanın bir çox ölkələrindən rəsmi şəxslər, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, 20 ölkədən ekspertlər, alimlər iştirak edirlər.

Forumda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Türk Dünyası İqtisadçılar İttifaqının prezidenti Ədalət Muradov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru Zaur Həsənov, Milli Məclisin deputatları Cavanşir Feyziyev, Sevinc Hüseynova ölkəmizi təmsil edirlər.

Forumda Türk Akademiyası tərəfindən türkçülük elminin inkişafında göstərdikləri xidmətlərə görə bir sıra elm xadimlərinə qızıl medal təqdim edilib.

Tədbir çərçivəsində Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu müasir ədəbiyyatın görkəmli nümayəndəsi və tanınmış ictimai xadim Oljas Süleymenova təqdim edib. Xatırladaq ki, bir neçə gün əvvəl dövlətimizin başçısı İlham Əliyev 80 illik yubileyi münasibətilə Oljas Süleymenovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyevin təbrik məktubunu oxuyan səfir Rəşad Məmmədov Oljas Süleymenovun 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı öz ictimai fəaliyyətində Azərbaycan gerçəkliklərini son dərəcə obyektiv işıqlandırdığını bildirib və qeyd edib ki, onun antinüvə hərəkatında parlaq vətəndaş mövqeyi dünyada nüvə silahı sınaqlarının qadağan edilməsi uğrunda mübarizədə, heç şübhəsiz, öz rolunu oynayıb.

Forumda “Avrasiya məkanında elmi əməkdaşlıq və inteqrasiya: Müasir yanaşmaların axtarışı”, “Türkologiya yeni mərhələdə: Metodoloji yanaşmalar, müasir texnologiyalar və fənlərarası aspektlər”, “Türk irsi müasir etnik-mədəni inteqrasiya kontekstində”, “Böyük Çölün sivilizasiyası: ümumi və xüsusi” mövzusunda panellərdə müzakirələr aparılıb. “Böyük Səhra”nın mədəniyyəti, həmin sivilizasiyada insanın formalaşması kimi mövzular müzakirə olunub. Həmçinin humanitar elmlərin fundamental əsaslarla öyrənilməsi üçün ideyalar və nəticələr ətrafında fikir mübadiləsi aparılıb. Məşhur alimlərin tarix, arxeologiya, etnoqrafiya, folklor, ədəbiyyat və incəsənət, dil və terminologiya elmlərinə və sahələrinə dair mülahizələri dinlənilıb.

Forumda Türk Akademiyasının fəaliyyəti dövründə nəşr edilən kitabların sərgisi də keçirilib.

Tədbir çərçivəsində bir sıra beynəlxalq elmi müəssisələrlə Türk Akademiyası arasında Memorandum imzalanıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana



Тізімге қайта оралу

Оқырмандарға

Биография /

Барлығы
Ахмет Биржан Ержиласун
Шығыстанушы 
Түркітанушы