БАҚ біз туралы


Astanada keçirilən  "Böyük səhra"  I humanitar forumunda görkəmli qazax şairi, ictimai xadim Oljas Süleymanova  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.

Modern.az saytının məlumatına görə, fəxri diplomu Oljas Süleymanova Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov təqdim edib.

Qeyd edək ki, Olyas Süleymanov Ədəbi-ictimai fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği işində böyük xidmətlərinə görə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bu mükafata layiq görülüb. Səfir Rəşad Məmmədov Azərbaycan prezidentinin  80 illik yubileyi münasibəti ilə  böyük qazax yazıçısına  yazdığı məktubu oxuyub:

"Əziz Oljas Süleymanov!

Sizi – müasir ədəbiyyatın görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 80 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizə səmimi qəlbdən xoşbəxtlik, cansağlığı, uzun ömür və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hələ gənclik illərinizdə Sizə böyük populyarlıq gətirən poetik istedadınız fikrin dərinliyi və poetik dilin bənzərsizliyi ilə həmişə oxucuları cəlb edib. Poeziyanıza xas olan gerçəkliyin fəlsəfi qavranışı Sizin nəsrinizdə, publisistikanızda və kino dramaturgiyanızda daha da inkişaf edib.

Bütün Azərbaycan xalqı üçün Siz ilk növbədə 1990-cı ilin Qanlı Yanvar hadisələri dövründə itkilərimizin bütün ağırlığını bizimlə bölüşən və öz ictimai fəaliyyətində Azərbaycan gerçəkliklərini son dərəcə obyektiv işıqlandıran bir insansınız. Antinüvə hərəkatında Sizin parlaq vətəndaş mövqeyiniz dünyada nüvə silahı sınaqlarının qadağan edilməsi uğrunda mübarizədə, heç şübhəsiz, öz rolunu oynayıb.

Müxtəlif xalqların tarixinə və ədəbiyyatına yeni yanaşmaların formalaşmasının zəruriliyi barədə Sizin qeyri-adi ideyalarınız mədəniyyətlərarası dialoqa layiqli töhfə verib. BMT-nin Sivilizasiyalar Alyansının bu yaxınlarda Bakıda keçirilən VII Qlobal Forumunda iştirakınız bir daha göstərdi ki, yarım əsrdən artıq müddətdə yaradıcılığınıza nüfuz etmiş mədəniyyətlərin qarşılıqlı mənəvi təsiri və bir-birini zənginləşdirməsi ideyası Sizə əvvəlki kimi yaxındır",

Rəşad Məmmədov Oljas Süleymanovun müxtəlif illərdə  Azərbaycanın "Dostluq", "Şöhrət" ordenləri ilə də layiq görüldüyünü xatırladıb.

Oljas Süleymanov ona göstərilən xidmətə görə  və sözlərə görə Azərbaycan xalqına, prezidentinə və diplomata öz minnətdarlığını bildirib.



Тізімге қайта оралу

Оқырмандарға

Биография /

Барлығы
Ахмет Биржан Ержиласун
Шығыстанушы 
Түркітанушы